- Baxış sayı: 34
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Qapıçı Yuri Dyupin, yarımmüdafiəçi Yuri Qazinski və hücumçu Fyodor Smolov müqavilə müddəti başa çatdığı üçün “Krasnodar”ı tərk ediblər.
Allsport.az xəbər verir ki, Dyupin “öküzlər”in heyətində 5 oyun keçirib və bu matçlarda 10 qol buraxıb. Qazinski “Krasnodar”ın heyətində 289 oyunda iştirak edib, 15 qol və 30 məhsuldar ötürmə müəllifi olub.
Smolov isə “qara-yaşıllar” tarixinin ən yaxşı bombardiridir. 35 yaşlı rusiyalı 125 matçda 68 qol vurub, 24 məhsuldar ötürmə edib.
“Krasnodar” bitən mövsümdə Rusiya çempionu olub.