- Baxış sayı: 103
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Bu gün “Neftçi”nın müşahidə şurasının növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, “Bakcell arena”da baş tutan toplantıda əvvəlcə üzvlərə son 5 ildə görülən işlərlə bağlı hesabat verilib.
Sonra növbəti dövrlər üçün klubun ümumi strategiyası, investisiya planları, infrastrukturun layihələri, media və marketinqdə görüləcək işlər haqqında məlumat verilib.
Yığıncaqdan sonra müşahidə şurasının üzvləri “A” komanda ilə görüşüb və onlara sabah premyer liqanın XVI turu çərçivəsində “Qarabağ” ilə görüşdə uğurlar arzulayıblar.