- Baxış sayı: 71
- 16 Dekabr 2025 16:38
- Baxış sayı: 57
- Dekabr 18, 2025
- 0

Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan milli antidopinq agentliyinin (AMADA) müşahidə şurasının 2025-ci il üzrə sonuncu iclası keçirilib. Allsport.az xəbər verir ki, toplantıda AMADA-nın icraçı direktoru Təhminə Tağızadə cari ilin 9 ayı ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib.
Sonra agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülmüş işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb. Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.
İclasda, həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb. Müşahidə şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.