- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

“Sabah”ın baş məşqçisi Murad Musayev Türkiyə toplanışı çərçivəsində Serbiyanın “Voyvodina” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Allsport.az xəbər verir ki, o, 4:2 hesablı qələbə qazandıqları matçla bağlı bunu deyib:
“Bu gün fiziki cəhətdən güclü komandaya qarşı oynadıq. Komandamın sərgilədiyi futboldan razı qaldım. Şadam ki, qələbə qazandıq. Lakin bundan da mühüm olan odur ki, bu gün meydanda məzmunlu, yaxşı futbol sərgilədik”.