- Baxış sayı: 26
- 25 Noyabr 2024 12:11
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, dünən premyer liqanın 18-ci turunda keçirilən “Turan Tovuz” – “Araz Naxçıvan” oyunun 2-ci hissəsindən başlayan güclü külək nəticəsində işıq dirəklərindən biri qırılıb. Belədə, baş hakim Rəvan Həmzəzadə mübarizəni dayandırıb. Həmin anda görüşdə 81-ci dəqiqə qeydə alınıb və hesab 2:1 meydan sahiblərinin xeyrinə olub. Hadisədən xəsarət alan olmayıb, tamaşaçılar və oyun iştirakçıları təhlükəsiz şəkildə təxliyyə ediliblər. Bu gün səhər matç qaldığı yerdən davam edib və meydan sahibləri daha 1 qol vurublar.
Klubun baş himayəçisi “Hünər” şirkətinə tərəf olanlar sosial şəbəkələrdə və saytlarda olayı təbiət hadisəsi ilə əlaqələndiriblər. Amma həqiqətdə belədirmi? Allsport.az məsələni araşdıraraq, 2 mütəxəssislə əlaqə saxlayıb. Onların sözünə görə, projekrorun quraşdırılmasında nöqsanlara yol verilib.
“Cabiroğlu” təmir-tikinti MMC-nin mühəndis-prarafı Əfsun Ağayev: “Çox güman, metalda və möhkəmləndirmədə çatışmamazlıq olub. Dibdə pərdələnmələr var. Onlar möhkəmliyi saxlamaq üçün bir qədər hündürdən olmalıydı”.
Müstəqil memar-tərtibatçı Ülfət Namaz: “Belə projektorların içinin özəyi olmalıdır. Çünki yuxarıda işıqlar yükləmə yaradır. Ağırlığa tab gətirmək üçün içərisinə beton tökülməliydi. Şəkildə göründüyü kimi, işıq dirəyinin içi boşdur. O, külək üçün nəzərdə tutulmayıb. Bu üzdən, qəfil külək belə fəsadı yaradıb. Daxildə özək olsaydı, bir-birinə dəstək olardı”.
Hadisə neçə ildən sonra baş versəydi, hardasa bunu təbii fəlakət saymaq olardı. Amma təzə quraşdırılan (yay fasiləsində) işıq dirəyi ilk güclü küləkdən qırılırsa, demək, bu işdə ciddi nöqsanlara yol verilib.
İndiki halda hadisəyə 3 tərəf məsuliyyət daşıyır: yarışın təşkilatçısı olan Peşəkar futbol liqası, işıq dirəklərini sifariş edib quraşdırtdıran “Hünər” şirkəti və təhlükəsizliyə rəy verən fövqəladə hallar nazirliyi.