- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Ferrari”nin keçmiş sürücüsü Jan Alezi bu komandanın Çin mükafat yarışında da yüksək bacarıq göstərə biləcəyini bildirib. Allsport.az saytı f-1.az-a istinadən xəbər verir ki, italyanlar mövsüm öncəsi sınaqların ən sürətli komandası olmuş və rəqabətin ilk yarışı Avstraliyada Sebastyan Fettellə qalib gəlb.
Jan Alezi: “Yeni qaydalara görə, kimin neçənci olduğunu demək çətin idi. “Mercedes” və ya “Red Bull”un performansı barədə çoxlu müəmma var idi. Amma Avstraliya yarışı “Ferrari”nin güclü olduğunu göstərdi və gözləyirəm ki, Çində bu performansı təkrarlayacaqlar. Fettel yarışın əvvəlində Həmiltonu asanlıqla izlədiyi halda, pitlərdən sonra Həmiltonun Fetteli izləyə bilməməsi təəccüblü idi. Bir bolid əvvəldən güclüdürsə, onu təkmilləşdirmək asan olur”.
Amma Flavio Briatore, İvan Kapelli və Yarno Trulli təmkinli danışıblar və “Mercedes” ilə “Red Bull”un təkmilləşəcəyini deyiblər.
Flavio Briatore: “Əsl vəziyyəti Çində görəcəyik. “Ferrari” yarış ərzində mükəmməl idi, amma Melburn xüsusi trasdır və “Red Bull”la “Mercedes” böyük addımlar atacaqlar. Üç komandanın çempionluq uğrunda mübarizə aparması ideal vəziyyət olar”.
İvan Kapelli: “Məncə, “Mercedes” və “Red Bull” asılqan dəyişikliyinə görə qələbə qazana bilmədilər”.
Yarno Trulli: “”Ferrari” yaxşı başlasa da, hər üç komandanın da inkişaf etməsi üçün yetətli resursu var və hər şey bu inkişafdan asılı olacaq”.