- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ötən ilin 17-19 iyununda Azərbaycanda ilk dəfə formula-1 yarışı keçirildi. Od və küləklər şəhəri Bakı dünya çempionatının 8-ci mərhələsinə, Avropa qran-prisinə ev sahibliyi etdi. Ən nüfuzlu idman tədbirlərindən sayılan formula-1, eyni zamanda, televiziya vasitəsilə ən çox izlənilən yarışlardandır. Bu mübarizə tamaşaçı çevrəsinə görə olimpiya oyunları və futbol üzrə Dünya Kubokundan sonra 3-cü yeri tutur. Paytaxtımızda təşkil olunan qitə mükafat yarışını 187 ölkədən 500 milyondan çox azarkeş televiziya vasitəsilə izləyib. Dünya mətbuatı da buna biganə qalmayıb. Əksər ölkələrin KİV-ləri Bakı Şəhər Halqasının şəninə tərif yazıb xoş kəlmələr sələndiriblər .
Formula-1-in efirdə getmə hüququ “Formula One Management” şirkətinə məxsusdur. Bu korporasiya yayımı hüququnu müxtəlif ölkələrə və televiziya kanallarına kommersiya şərtləri əsasında satır. Belədə, bizim avtomobil həvəskarlarının bəxti gətirdi: sürət və həyacan dolu ötüşmələr məhz yerli telekanallar vasitəsi ilə tamaşaçılara təqdim edildi.
ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İspaniyan, Avstraliya, Braziliya, Portuqaliya, Almaniya, İtaliya, Cənubi Afrika Respublikası, Rusiya, Yaponiya, Polşa və Hindistanın məşhur kanallarını Bakı qran-prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan 200-ə yaxın reportaj və materiallar hazırlayıb; baş şəhərimizin yarışa yüksək səviyyədə hazırlığı və təşkilatçılıq bacarığı, füsunkar gözəlliyi, Azərbaycanın mötəbər beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələri, həmçinin xalqımızın zəngin mədəniyyəti, qonaqpərvərlik ənənələri və milli mətbəximizin ləzizliyi qeyd olunub. Bu da sürətlə inkişaf edən ölkəmizin siyasi, mədəni, həmçinin iqtisadi gücünün dünyada bir daha nümayiş olunmasına imkan verir. Formula-1 ölkəmizi dünyaya tanıtmaq, eləcə də turistlərin cəlb edilməsi baxımından mükəmməl imkan yaratdı.
Nəticəyə gəldikdə, “Mercedes” komandasının pilotu Niko Rosberq Bakıda keçirilən qitə mükafat yarışının qalibi oldu. 2-ci yeri “Ferrari”dən Sebastayn Fettel (+16.6), 3-cü sıranı “Force India”dan Serxio Peres (+25.2) tutdular.
Bakı ötüşməsində 4 pilot mübarizəni dayandırdı: “Toro Rosso” komandasının hər iki sürücüsü – Daniil Kvyat 6-cı, Karlos Sayns 33-cü, “Manor”dan Paskal Verlayn 40-cı döngədə trasdan çıxdı, “McLaren”in pilotu Fernando Alonso 42-ci burulmada boksa girdi. Paytaxt trası mürəkkəbliyi və sürətliyi ilə də seçildi. Ümid edək ki, Bakı trasına artıq bələd olan yarış iştirakçıları bu il keçiriləcək rəqabətdə daha dəqiq olacaqlar.
Bu arada avtomobil şinləri istehsalçısı olan və vormula-1 ilə müqaviləsini 2019-cu ilədək uzadan “Pirelli” daha enli təkərlər istehsal etməyə başlayıb. Şirkətin rəhbəri Marko Tronketti bildirib ki, bolidlərin hər dövrəni 4-5 saniyə daha tez başa vurmasını gözləyirlər. Bu, həm yeni dəyişikliklərin, həm də təkərlərin hesabına olacaq. Təkcə təkərlərin hesabına 2,5 saniyə sürətlənmə olacağı ehtimal olunur. Komandalar yeni mövsümə hazırlığını davam etdirirlər. Artıq müəyyən trasferlər var. Demək, növbəti Azərbaycan qran-prisi xeyli müddət müzakirə mövzusu olacaq; maraqlı məqamlar, həyəcan, mədəni proqramlar, paytaxtımızın gözəlliyi və möhtəşəmliyi daha unudulmaz tarixə çevriləcək.
Kamran HACI
“Sürətin nəbzini tut!” F1 jurnalistikası təlimi, multimedia layihəsi (icmal)