- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq gələn mövsümdə işini davam etdirəcək.
Allsport.az xəbər verir ki, klub rəhbərliyi 54 yaşlı niderlandlını komandada saxlamaq və 2025-ci ildə başa çatacaq müqavilənin uzadılmasını müzakirə etmək qərarına gəlib.
Ötən mövsüm “Mançester Yunayted” finalda “Mançester Siti”yə qalib gələrək (2:1) İngiltərə kubokunun qalibi olsa da, premyer liqada “qırmızı şeytanlar” 8-ci yeri tutub.