- Baxış sayı: 50
- 12 Mart 2026 15:27
- Baxış sayı: 454
- Mart 12, 2026
- 0

Avropa voleybol konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.
Allsport.az xəbər verir ki, İsmayılova kişilər arasında çempionlar liqasının qrup mərhələsində Polşanın “Aluron CMC Warta” və “Asseco Resovia” komandalarının qarşılaşmasında iştirak edəcək. O, 10 dekabrda Polşada baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.
Qarşılaşmanın hakimləri ukraynalı Mmykhaylo Medvid və polşalı Maciej Twardowski olacaq.