- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov 2024-cü il Avropa çempionatının startı ərəfəsində media nümayəndələrinə danışıb.
Allsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı çalışdırıcı milli komandanın ciddi hazırlaşdığını bildirib:
“Biz nə etməli olduğumuzu yaxşı bilirik. Komanda ciddi hazırlaşır. Hələ belə bir turnirdə məşqçilik təcrübəm yoxdur, amma oyunçularımın əhval-ruhiyyəsini görürəm. Bütün oyunçular Ukrayna üçün ən yaxşısını göstərmək istəyir”.