“Nəhayət, hər şey istədiyim kimi oldu. Klubda qaldım”

Allsport.az xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə rəhbərlik etməməsinin səbəbini açıqlayıb:

“Hər kəs və “Real” da bilir ki, mən Braziliya futbol konfederasiyasının prezidenti Ednaldo Rodrigeslə danışmışam, ona marağına görə təşəkkür etmişəm. O, məni qürurlandırdı, amma hər şey “Real”la bağlı vəziyyətdən asılı idi. Bu hamıya aydın idi. Nəhayət, hər şey istədiyim kimi oldu. Klubda qaldım.

Klubun mənimlə işləməyə davam etmək istəməsi mənim üçün dəyərlidir. Detallar o qədər də vacib deyil, çünki mən həmişə demişəm ki, müqaviləni yeniləməyə tələsmirdim. Müqavilə iyunun 30-na kimi qüvvədə idi və klub indi onu uzatmaq qərarına gəlib, çünki görünür, bizim birgə işimizdən razıdır və onu davam etdirmək istəyir.

Bu məni çox sevindirir. Bunun uğur sayıla biləcəyini bilmirəm, çünki burada uğur hər matçda qalib gəlmək deməkdir”.

Həmin kateqoriyadan