Nərmin Başiç: “Neftçi” böyük klubdur və cütün favoritidir

Sabah “Jelezniçar” klubu konfrans liqasının 2-ci təsnifatının cavab oyununda “8-ci km” stadionunda “Neftçi”nin qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında Bosniya və Herseqovina komandasının baş məşqçisi Nərmin Başiç “ağ-qaralar”ı yüksək qiymətləndirdi:

Meydan sahibi bizə çox qonaqpərvərlik göstərdi. Bəzi problemlər var. Zədəli oyunçular məni narahat edir. “Neftçi” böyük klubdur və cütün favoritidir.


Bilirik ki, rəqib günü-gündən güclənir. “Neftçi”ni izləyirik. Onun büdcəsi bizdən qat-qat çoxdur.


Bakıda hava Bosniyadakı kimidir. Qlobal istilər hər yerdə müşahidə olunur. Öyrəşmişik.

İlk görüşdə 1-ci hissədə mübahisəli durumda baş hakim hər 2 futbolçuya sarı kart göstərdi. Rəqib oyunçuda simulyasiya vardı. Referinin qərarı ədalət idi. Orada qırmızı vərəqə yox idi”.

Həmin kateqoriyadan