“Nəticə də oyun kimi bərabərliklə yekunlaşdı”

“Sumqayıt” Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə ilk oyununda qolsuz heç-heçə edib.

Allsport.az xəbər verir ki, görüşdən sonra “kimyaçılar”ın baş məşqçisi Saşa İliç bunu deyib:

“Artıq bu mərhələdən etibarən kubok matçları iki oyundan ibarətdir. Düşünürəm ki ilk oyunda hər iki komandanın ifasında bərabər səviyyəli oyuna şahid olduq.

Yekunda nəticə də oyun kimi bərabərliklə yekunlaşdı. Bir neçə qol fürsətlərimiz olsa da onlardan yararlana bilmədik”.

Həmin kateqoriyadan