“Nəticədən razı deyiləm”

Allsport.az saytı xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk, premyer liqasının 1-ci turunda “Turan Tovuz” klubu ilə 0:0 başa çatan oyunundan sonra mətbuat konfransında aşıqlama verib:

“Bu bizim üçün pozitiv nəticə sayıla bilməz. Mən nəticədən razı deyiləm. “Neftçi” kimi böyük tarixə malik olan klub öz meydanında yalnız qələbə qazanmalıdır. Bunun üçün çalışacağıq.

Hücum xəttini daha da rəqabətli etməyi planlaşdırırıq. İstəyirik ki, ön xəttə keyfiyyətli oyunçular qoşulsunlar və hazırda komandamızda olan hücumçularla rəqabət yaratsınlar. Düşünürəm ki, bu addımları atandan sonra hücumda daha effektli olacağıq”.

Həmin kateqoriyadan