- Baxış sayı: 28
- 04 Fevral 2026 15:55
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

Yoldaşlıq oyununda Azərbaycan millisi Albaniyaya 1:3 uduzub. Allsport.az xəbər verir ki, baş məşqçimiz Arif Əsədov oyun haqda danışıb:
“Öz səhvlərimizdən qollar buraxdıq. Nəticədən yox, komandanın oyunundan razıyam. Rəqib Avropa çempionatına hazırlaşır. Bunun da nəticəyə təsiri ola bilər. Futbolçularımız matçın gedişində hiss etdilər ki, bu komandaya qarşı rahat futbol oynamaq olar. İkinci hissədə bir az sistemi dəyişdik, hücumameyilli oyuna üstünlük verdik. Hücum potensialımız artdı. Ancaq qol imkanlarından yararlana bilmədik. Albaniya isə əks-hücumlarda təhlükəli olurdu. Ərazi üstünlüyü tərəfimizdə olsa da, orta sahədə buraxılan səhvlər və rəqibin sürətli hücumlara keçməsi bizə təhlükəli yaşadırdı. Komandamızda ən çox problem fiziki durumla bağlı idi. Artıq Qazaxıstanla qarşıdakı matça hazırlaşacağıq”.