- Baxış sayı: 8
- 06 Fevral 2026 10:11
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Adil Nağıyev Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, “Səbail”in müdafiəçisinin yubileyi premyer liqanın XXIV turuna təsadüf edib. 29 yaşlı futbolçu “Sabah”la ev görüşündə (2:0) sonradan meydana çıxıb.
Premyer liqada debütü 2015/16 mövsümünə təsadüf edən Nağıyev “Zirə”də forma geyinib. O, qəsəbə klubunda 83, “Sumqayıt”da 12, “Şamaxı”da 17, “Səbail”də 88 dəfə şans qazanıb. 200 oyunda 5 qolu olan müdafiəçi “Zirə”də üç, “Səbail”də 2 dəfə fərqlənib.
Qeyd edək ki, Adil ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.