- Baxış sayı: 18
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.
Namiq də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Bursalıların 28-ci dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini də azərbaycanlı futbolçu verib. Millimizin üzvü 33-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Bursaspor” 13 turdan sonra 14 xalla 19 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.