- Baxış sayı: 25
- 07 Dekabr 2025 10:00
- Baxış sayı: 221
- Dekabr 05, 2025
- 0

Namiq Ələsgərov “Neftçi”də yubiley oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi 50-ci dəfə çempionat matçına çıxıb. Bu, Topaz premyer liqasının 17-ci turunun “Zirə” ilə səfər qarşılaşmasına (0:0) təsadüf edib.
75-ci dəqiqədə meydana daxil olun futbolçu “ağ-qaralar”ın heyətindəki görüşlərdə 7 qol vurub. 2016/17 mövsümündə 11 matçda 2, 2017/18 mövsümündə 27 görüşdə 5 dəfə fərqlənən Ələsgərov cari çempionatın 12 qarşılaşmasında iştirak edib.
Namiq “Neftçi”nin tarixində ölkə çempionatında 50 və daha çox oyun keçirən 72-ci futbolçu olub. Bu göstəricidə rekord İqor Getmana məxsusdur. O, 182 matçda meydana çıxıb.