- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

“Neftçi”nin futbolçusu Namiq Ələsgərovun Türkiyə 1-ci liqasında çıxış etmək imkanı rəsmiləşmək üzrədir. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü bu gün Bursaya yollanacaq və rəhbərliklə görüşəcək.
“Yaşıl timsahlar”un vitse-prezidenti Emin Adanur 26 yaşlı yarımmüdafiəçinin keçidinin 99 faiz həll olunduğunu bildirib. O bu transfer üçün “ağ-qaralar”a təzminat ödəyəcəklərini deyib.
Namiq 2017-ci ildən Bakı klubunda oynayır.