- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 351
- Mart 30, 2026
- 0

Millimizin üzvü Namiq Ələsgərov “Bursaspor”da növbəti qolunu vurub. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Türkiyə 1-ci liqasının 16-cı turunda “Manisa” ilə ev oyununda fərqlənib.
Start heyətində meydana çıxan futbolçumuz, 51-ci dəqiqədə komandasının yeganə qolunun müəllifi olub. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş 1:1 başa çatıb.
Bu, Namiqin liqada 4-cü qolu olub. O, ötən tur “Dənizlispor”la oyunda (3:1) da fərqlənmişdi.
“Yaşıl timsahlar” 18 xalla 14-cü yerdədir.