- Baxış sayı: 33
- 08 Aprel 2025 21:56
- Baxış sayı: 71
- Aprel 04, 2025
- 0
Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Namiq Ələsgərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Samsunspor”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1. Namiq də bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb. Azərbaycan yığmasının üzvü komandasının 84 və 90+6-cı dəqiqələrdə vurduğu qollarda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
“Bursaspor” 5 turdan sonra 4 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.