- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin futbolçusu Namiq Ələsgərov karyerasını Türkiyədə davam etdirməyə yaxın olub. Allsport.az saytı xəbər verir ki, 1-ci liqa təmsilçisi “Bursaspor” öncə millinin üzvü ilə razılığa gəlib.
Ancaq transfer danışıqlarında yer almayan 2 menecerin müdaxiləsindən və klubdan 100 min avro tələb etməsindən sonra, bu keçid baş tutmayıb. Namiqin transferindən imtina edən “yaşıl timsahlar” yeni oyunçularla danışıqlara başlayıb.
“Bursaspor”un idarə heyətinin rəhbəri Əmin Adanur Türkiyə mətbuatına məlumatı təsdiqləyib: “Namiq transferində bu pisliyi skaut heyətimizdən Göyxan üzə çıxarıb. O, mənə yaxınlaşaraq “Bu futbolçunu biz tapdıq, araya menecerlər girdi”. dedi. Həmin anda bu transfer ləğv edildi”.