- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Türkiyə 1-ci liqasının 34-cü turunda “Bursaspor” doğma meydanda “Dənizlispor”a 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, yeganə qolu 30-cu dəqiqədə Azərbaycan millisinin üzvü Namiq Ələskərov vurub.
O, 55-ci dəqiqədə penaltini qola çevirə bilməyib. Start heyətdə meydana daxil olan 27 yaşlı futbolçu, 64-cü dəqiqədə əvəzlənib.
Həmyerlimiz “yaşıl timsahlar”da 6 qol və 6 məhsuldar ötürmə ilə ən yaxşı oyunçusudur. “Bursaspor” turnir cədvəlində 35 xalla 19 komanda arasında yenə 18-ci pillədədir.