- Baxış sayı: 29
- 10 Fevral 2026 23:35
- Baxış sayı: 29
- Fevral 10, 2026
- 0

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Arsenal” 29 yaşlı şotlandiyalı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
Ötən mövsüm Neapol təmsilçisi ilə İtaliya çempionu olan və “A” seriyasının ən yaxşı oyunçularından birinə çevrilən Maktominey üçün klubu astronomik qiymət təyin edib. İtaliya mətbuatının yazdığına görə, “Napoli” ulduz futbolçusu üçün minimum 100 milyon avro tələb edir.
Maktominey 2024-cü ilin yayında “Mançester Yunayted”dən 30 milyon avroya transfer olunub.