- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Napoli” Viktor Osimheni satmaq istəmir. Ona görə də klub hücumçuya 100 milyon avrodan çox qiymət qoyub.
Belə bir qərarı Neapol təmsilçisinin prezidenti Aurelio de Laurentis verib. “Napoli” oyunçunu daha aşağı qiymətə satmaq istəmir.
Avropanın bir neçə klubunun Osimhenə marağına baxmayaraq, De Laurentis hücumçunu və ətrafını müqaviləni uzatmağa razı salmaq niyyətindədir. Futbolçunun özünün də “Napoli”dən razı qaldığı və təkmilləşmək istədiyi qeyd edilir.
Nigeriyalının transferinə ən çox diqqət yetirənin “Mançester Yunayted” olduğu bildirilir.
Osimhen bu mövsüm “A” seriyasında 24 oyuna çıxıb, 21 qol vurub və 4 qolun ötürməsini verib.