- Baxış sayı: 16
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Gürcüstan millisinin cinah oyunçusu Xviça Kvaratsxeliya bu yay “Napoli” ilə müqaviləsini uzada bilər.
Allsport.az xəbər verir ki, Neapolitan klubu müqaviləni 2029-cu ilə qədər uzatmaq istəyir. Gürcüyə mövsümə 5,5 milyon avro məvacib təklif olunacaq.
Həmçinin qeyd edilir ki, “Napoli”nin yeni baş məşqçisi Antonio Konte şəxsən Xviçinin sözləşməsinin yenilənməsində maraqlıdır. O, yeni layihədə cinah oyunçusunu əsas oyunçu kimi görür.