- Baxış sayı: 39
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

İtaliyanın “Napoli” klubunun “Tvitter”də rəsmi səhifəsində Azərbaycan və Bakı ilə bağlı xoş paylaşma edilib. Allsport.az saytı xəbər verir ki, bu komandanın bir neçə azarkeşi paytaxtımızda çəkilən fotoda 3 dildə (italyanca, ingiliscə və azərbaycanca) belə bir ifadə yazıblar:
“Azərbaycan, bizim yeni mövsüm üçün formamız və Bakı şəhərinin möhtəşəm Alov qüllələri. Yeri gəlmişkən, Bakı və Neapolun qardaşlamış şəhərələr olduğunu bilirdinizmi?”
Qeyd edək ki, bu iki şəhər 1972-ci ildən qardaşlaşıblar. Hər 2 şəhərin köklü klubu SSRİ dövründə Napolidə 1 dəfə üz-üzə gəlib. Həmin görüş 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə bitib.