- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0

“Napoli”nin və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Neapol klubunun onun üçün əhəmiyyətindən danışıb.
Allsport.az xəbər verir ki, bu barədə o, “Calciomercato”ya açıqlama verib:
“Deyə bilərəm ki, Neapola çox bağlıyam. Yanımda olan və orada mənə dəstək olan insanlar mənə çox kömək edirlər – və mən onların qarşısında böyük məsuliyyət hiss edirəm.
Mən çox çalışıram və azarkeşlərimizi sevindirmək üçün hər şeyi edirəm. “Napoli”nin və Gürcüstan millimizin azarkeşləri üçün hər şeyi etməyə hazıram”.