- Baxış sayı: 23
- 05 Dekabr 2025 17:47
- Baxış sayı: 92
- Dekabr 05, 2025
- 0

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann komandasının millətlər liqasının 5-ci turunda Bosniya və Herseqovina millisi ilə oyunda qazandıqları qələbəni (7:0) şərh edib.
Allsport.az xəbər verir ki, alman mütəxəssis komandasının çıxışından razı qalıb:
“İki müsahibədə məndən hansı oyunçunu qeyd etmək istədiyimi soruşdular. Deyərdim ki, bütün komanda əla oyun nümayiş etdirir. Bütün komanda, məşqçilər korpusu, heyət, həkimlər, hamı. Bu hamımızın qələbəsidir.”
Almaniya yığması millətlər liqasında “A” liqasının 3-cü qrupunda 5 oyundan sonra 13 xal toplayaraq birinciliyi təmin edib.