- Baxış sayı: 25
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 36
- Dekabr 05, 2025
- 0

“Araz-Naxçıvan”ın yay hazırlıq planı məlum olub. Allsport.az xəbər verir ki, “qırmızılar” iyunun 25-dən 27-dək tibbi müayinədən keçəcək. Yeni mövsümün ilk məşqinə isə iyunun 28-də start veriləcək.
İyulun 8-dək Bakıda 1 yoldaşlıq matçında gücünü sınayacaq. Oyunun keçirilmə yeri və rəqib hələ dəqiqləşməyib.
“Araz-Naxçıvan” bir günlük istirahətin ardından, iyulun 10-da Türkiyəyə yollanacaq. Ərzurum toplanışı iyulun 25-dək davam edəcək.
İki həftəlik hazırlıq müddətində “Araz-Naxçıvan” 3 yoldaşlıq (iyulun 14-də, 19-da və 24-də) oyunu keçirəcək.
İyulun 27-dən Bakıda məşqlərini bərpa edəcək komanda mövsümün ilk matçına hazırlaşacaq.