- Baxış sayı: 93
- 12 Mart 2026 15:31
- Baxış sayı: 179
- Mart 19, 2026
- 0

Bu gün milli olimpiya komitəsində Şotlandiyanın Qlazqo şəhərində keçirilən qapalı arenada Avropa çempionatında 3-təkanla tullanmada 1-yer tutaraq, ilk azərbaycanlı kimi atletikada tarix yazan Nazim Babayevlə görüş keçirildi. Allsport.az saytı xəbər verir ki, toplantıda qalib idmançı yeni hədəfini açıqladı:
“Qısa zamanda çox şey baş verdi. Zədələrim oldu. Məşqçim demişdi ki, 7,30 metr nəticə göstərə bilərsən. Sonda elə də oldu. Növbəti hədəfim Tokio-2020-yə vəsiqə qazanmaq və orada uğurlu çıxış etməkdir. Nelson Evora olimpiya çempionu olanda mən onu televiziya vasitəsilə izləyirdim. Gələn il mən niyə çempion olmayım?”