- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Fevralın 21-də gənclər və idman naziri Fərid Qayıbov, Böyükşor bulvarında yerləşən “Azfar Group” mini-futbol meydançaları kompleksində Azərbaycan mini-futbol federasiyasının fəaliyyəti ilə maraqlanıb.
Allsport.az saytı xəbər verir ki, infrastrukturla tanış olan qonaq, iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxta qədər görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər.