- Baxış sayı: 65
- 14 Dekabr 2025 11:08
- Baxış sayı: 33
- Dekabr 16, 2025
- 0

Dekabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov Biləsuvar, Cəbrayıl və Cəlilabad rayon sakinlərini qəbul edib.
Allsport.az xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovla birlikdə Cəlilabad rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Cəlilabad rayon Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda dekabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.