Nazirlər qaçdı, Mariana onları ötdü

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda yerləşən Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub.

Allsport.az saytı xəbər verir ki, açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, onun müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva da iştirak ediblər.

Sakinlərin və idmançıların gündəlik qaçışlar etməsi, atletika ilə məşğul olması üçün nəzərdə tutulan 2 zolaqdan ibarət çığır, uzunluğu 725, eni 2.40 metr olan, xüsusi örtük materialından istifadə edilən qaçış yolu quraşdırılıb.

Tədbirdə yalnız iştirakçılar və jurnalistlər olub. Sakinlər isə, yəqin yaxın günlərdə bundan xəbər tutarlar.

Həmin kateqoriyadan

azenrutr