- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Azərbaycanda idman qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb. Allsport.az xəbər verir ki, hazırda hər bir dövlətin əsas məqsədi bütün dünyanı narahat edən koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaqdır.
Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğulardır. Müxtəlif əhali qrupları, o cümlədən idmançıların sağlamlığının əsas olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə gənclər və idman nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb.
Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo üzrə “Böyük dəbilqə”, karate üzrə Avropa çempionatı və Formula1 Azərbaycan qran-prisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.