NBA-dan Avropada 1 milyardlıq yeni liqa layihəsi

NBA Avropada öz nəzarəti altında yeni basketbol çempionatı yaratmağı planlaşdırır.

Allsport.az xəbər verir ki, 1 milyard dollardan çox büdcəsi olan layihəyə 120-dən çox investor maraq göstərib. 2027-ci ildə başlaması nəzərdə tutulan turnirdə 16 komanda mübarizə aparacaq. Layihəyə Səudiyyə Ərəbistanı və Qətərin iri investisiya fondlarının da cəlb olunacağı gözlənilir. Bu, Avropa basketbolunda yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.

Həmin kateqoriyadan