- Baxış sayı: 10
- 24 Noyabr 2024 21:49
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Roma”nın mətbuat xidməti komandanın müdafiəçisi Evan Ndika ilə bağlı yeni açıqlama yayıb.
Allsport.az xəbər verir ki, 24 yaşlı futbolçu “A” seriyasının 32-ci turunun “Udineze” ilə oyunun (1:1) ikinci hissəsində özünü pis hiss edib: sinəsindən tutub qazona uzanıb. Ndika meydanı xərəkdə tərk edib. Baş hakim Luka Payretto oyunu dayandırıb.
“Prekordial bölgədə kəskin ağrılar və EKQ-də atipik dəyişikliklər səbəbindən Evan Ndika Udine xəstəxanasına yerləşdirilib.
“Bu səhər aparılan son analizlərə əsasən futbolçuya döş qəfəsinin zədələnməsi və minimal sol pnevmotoraks diaqnozu qoyulub.
Futbolçu evə buraxılıb və Romada növbəti müayinələrdən keçəcək”.