- Baxış sayı: 9
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Avqustun 28-də Quba olimpiya iİdman kompleksinin stadionunda 12 yaşadək futbolçuların II beynəlxalq “Ulduz kuboku” başa çatıb.
Allsport.az saytı xəbər verir ki, 3-cü yer uğrunda görüş gərgin mübarizə şəraitində keçib və qalib penaltilər seriyasında müəyyənləşib. Gürcüstan təmsilçisi “Dinamo Tiflis” yerli “Sabah”ı məğlub edib.
Final görüşündə “Neftçi” və Özbəkistan “Paxtakor”u qarşılaşıblar. Oyunun əsas vaxtı bərabərliklə başa çatdığından qalib penalti zərbələri ilə müəyyən edilib. Rəqibdən daha dəqiq olan “Neftçi” turnirin qalibi olub.
Yekunda fərdi nominasiyalar üzrə qaliblər də müəyyənləşib. Ən yaxşı oyunçu Umarali Haydarov (“Paxtakor”, Özbəkistan), ən məhsuldar oyunçu Əli Hüseynli (“Sabah”, Azərbaycan), ən yaxşı qapıçı isə Elmar Abbaslı (“Neftçi”, Azərbaycan) seçilib.
Gənclər və idman nazirliyi, AFFA və “Ulduz” futbol akademiyasının birgə təşkilatçılığı ilə turnirdə 7 ölkədən 12 komanda mübarizə aparıb.