- Baxış sayı: 32
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 108
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 13-cü turunda baş tutan “Böyük oyun”da 2:0 hesabı ilə qalib gələn “Neftçi” “Xəzər Lənkəran”la səfər oyunlarındakı qələbəsiz oyunlar seriyasına son qoyub. Allsport.az xəbər verir ki, “Böyük oyun”ların tarixi ərzində 2 dəfə rəqib meydanında qalib gələn paytaxt təmsilçisi sonuncu dəfə 2007-ci ildə Lənkəranda 3 xala sevinmişdi.
8 il 12 gün əvvəl noyabrın 10-da qələbə qazanan bakılılar çempionat oyununda 1:0 hesabına sevinmişdi. 2934 gündən sonra “Xəzər Lənkəran”ın meydanında qalib gələn “Neftçi” bu müddətdə 12-si çempionat, 1-i kubokda olmaqla, 13 səfərdən qələbəsiz ayrılmışdı. Bu 13 qarşılaşmadan 5-də meydan sahibləri qələbə qazanmışdısa, 8-də heç-heçə qeydə alınmışdı.
İndiyədək rəqib meydanında qazandığı hər iki qələbəsi Lənkəran Olimpiya Kompleksinə təsadüf edən “Neftçi” ilk dəfə “Xəzər Lənkəran” mərkəzi stadionunda 3 xal əldə edib. “Ağ-qaralar” həm 2007-ci il noyabrın 10-da, həm də 2005-ci dekabrın 18-də Lənkəranın 2-ci arenasında qalib gəlmişdi – hər ikisi 1:0. İndiki stadionda 13 matçda qalib gəlməyən bakılılar 14-cü cəhddən arenanı qələbə ilə tərk edib.
İndiyədək keçirilən 39 “Böyük oyun”dan 35-i Premyer Liqa, 3-ü Azərbaycan kuboku, 1-i Superkuboka təsadüf edib. Bu qarşılaşmalarda “Neftçi” 13, “Xəzər Lənkəran” 9 qələbə qazanıb, 17 matçda isə qalib müəyyənləşməyib. “Ağ-qaralar” 46, “ağ-yaşıllar” 35 top vurub.