- Baxış sayı: 28
- 06 Fevral 2026 20:54
- Baxış sayı: 224
- Fevral 04, 2026
- 0

Dünən axşam saatlarında Türkiyədən təlim-məşq toplanışından qayıdan “Neftçi” hazırlığa ara vermədən davam edir. Allsport.az saytı xəbər verir ki, avropa liqasının ilk ələməsində iyulun 12-də saat 21:00-da “Dalğa arena”da Macarıstanın “Uypeşt” klubu qarşılaşacaq komandamız, bu gün səhər saatlarında İsmət Qayıbov adına təlim-məşq bazasında olub.
Bütün futbolçuların iştirak etdiyi yüngül xarakterli çalışmalardan sonra, baş məşqçi Roberto Bordin heyəti istirahətə buraxıb. Hazırlıq sabah 2 məşqlə davam edəcək.
Xatırladaq ki, “ağ-qaralar” iyunun 17-də Bakıda bir araya gələrək 2 mərhələli toplanışına start verib. İyunun 22-də Türkiyəyə yollanan komanda, iyulun 6-dək qardaş ölkədə 4 yoxlama oyununda gücünü sınayıb.