- Baxış sayı: 200
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 200
- Dekabr 05, 2025
- 0

“Neftçi” ölkə çempionatının 9-cu turunda “Qarabağ”la oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün komanda “İsmət Qayıbov” adına bazasında növbəti məşqə çıxıb.
Çalışmada zədəli Ruslan Abışovdan savayı, bütün futbolçular iştirak ediblər. Mərkəzə gələn azarkeşlər “Qarabağ”la oyun ərəfəsində komanda üzvlərinə dəstək veriblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Oktyabrın 28-də “8-ci km” stadionunda oyun saat 17:00-da start götürəcək.