- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Neftçi” PFK klub saytı vasitəsilə rəsmi bəyanat yayıb. Allsport.az sizi həmin bəyanatla tanış edir.
“Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilmiş “İnter” PİK – “Neftçi” PFK matçından sonra komandamızın baş məşqçisi Samir Əliyev, eləcə də futbolçular azarkeşlərimizin olduğu sektora yaxınlaşaraq dəstəyə görə onlara təşəkkürünü bildiriblər. Nəticədən asılı olmayaraq komanda və azarkeşlərin yaxınlığı, ünsiyyəti “Neftçi” PFK üçün çox vacibdir. Təəssüf ki, azarkeşlərimizlə ünsiyyət zamanı başqa sektordan kənar şəxs meydançaya daxil olmuş və futbolçuların üstünə hücum çəkmişdir. Futbolçulara qarşı nalayiq ifadələr işlətmiş bu şəxs əl-qol hərəkətləri etməkdən də çəkinməmişdir. Belə olan halda, “Neftçi” PFK-nın futbolçuları yalnız özlərini müdafiə etməyə çalışmışlar. Həmin şəxs “İnter” PİK-in futbolçusu Rauf Əliyevin CBC TV-yə birbaşa yayımda müsahibəsi zamanı müdaxilə etmiş və futbolçunun ünvanına xoşagəlməz ifadələr işlətmişdir.
“Neftçi” PFK olaraq stadionlarımızda belə halların baş verməsini qəti surətdə pisləyirik. İnanırıq ki, gələcəkdə belə hallar təkrar olunmayacaq.
“Neftçi” azarkeşi ölkənin ən qocaman və ən köklü azarkeşidir. Klubumuz öz tərəfdarlarının dəstəyini hər zaman hiss edib. “Neftçi” ailəsinin 12-ci üzvü azarkeşlərdir. Məhz onların da dəstəyi sayəsində komandamız gələcək uğurlarına imza atacaq”.
Qeyd edək ki, klub inkar etsə də, haqqında söhbət gedən azarkeşin “Neftçi” fanatı olduğu bildirilir. O, dünən baş verən qalmaqala görə 5 sutkalıq həbs cəzasına məruz qalıb.