- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin də üzvü olduğu Avropa Klubları Assosiasiyası (ECA) “Beactive” layihəsini davam etdirir. Allsport.az saytı xəbər verir ki, artıq üçüncü dəfə həyata keçiriləcək layihənin təbliğatına assosiasiyanın üzvü olan klublar da qoşulub.
Avropada fiziki fəalliğın artırılmasına hesablanan layihə çərçivəsində qitənin bütün ölkələrində idmana çağırışlar səsləndiriləcək və insanlar fəal olmağa səslənəcəklər.
Çağırışa irqindən, dini mənsubiyyətindən və yaşından asılı olmayaraq, hər kəs qoşula bilər. “Neftçi” də öz növbəsində növbəti dəfə bu layihəyə qoşulur, sizi sağlam və fəal həyat tərzinə dəvət edir.