“Neftçi” Emin Mahmudova görə şikayət edib
23 aprel 2018 / 18:18 Baxış sayı: 1042 “Neftçi” Topaz premyer liqanın 24-cü turunda “Qəbələ” ilə oyununda meydandan qovulan Emin Mahmudovla bağlı AFFA-ya müraciət edib. Allsport.az saytı xəbər verir ki, 8-qat ölkə çempionu 63-cü dəqiqəsində yarımmüdafiəçiyə göstərilən 2-ci sarı vərəqənin ləğv olunması üçün apellyasiya şikayəti verib.
Görüşün 19-cu dəqiqəsində ilk xəbərdarlığını alan futbolçu, 2-ci hissənin ortalarında rəqib komandanın hücumçusu Baqali Daboyla ikili mübarizə zamanı matçın baş hakimi İnqilab Məmmədov tərəfindən 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.