- Baxış sayı: 200
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 200
- Dekabr 05, 2025
- 0

Bu gün Topaz premyer liqasında 8-ci tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə lider “Neftçi” Qəbələdə eyni adlı komandanın qonağı olub. Cari mövsüm uğursuz çıxış edən meydan sahibləri gözlənilmədən bayraqdarı büdrədib – 3:1.
Günün digər matçında “Qarabağ” və “Səbail” qarşılasıblar. Bu görüş Qurban Qurbanovun komandasının 1:0 üstünlüyü ilə keçsə də, qələbənin faydası olmayacaq.
Çünki Ağdam klubuna texniki məğlubiyyət veriləcək. 2-ci hissədə kapitan Rəşad Sadıqovun əvəzində meydana çıxan Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib.