- Baxış sayı: 31
- 30 Mart 2026 21:25
- Baxış sayı: 141
- Mart 30, 2026
- 0

“Sumqayıt” Topaz premyer liqasının 1-ci turunda evdə “Neftçi” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, komanda həmin oyuna hazırlığı davam etdirir.
Bu gün “kimyagərlər” saat 10:00-da Mehdi Hüseynzadə adına şəhər stadionunda növbəti məşqini keçirib. Yüngül zədəsi olan Əfran İsmayılov çalışmaya qatılmayıb.
Təxminən 1.5 saat davam edən hazırlıqda əsasən toplu təmrinlər və taktiki gedişlər üzərində baş tutub. Sözü gedən görüş avqustun 11-də keçiriləcək.