- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0

“Neftçi” futbol klubu ilə “Türk hava yolları” arasında əməkdaşlıq müqaviləsi davam etdiriləcək. Allsport.az saytı xəbər verir ki, yeni anlaşma 2021-ci ilin avqustunadək qüvvədə olacaq. Razılaşmaya əsasən, qarşı tərəf “ağ-qaralar”ın titul sponsoru olmağa davam edəcək.
Əsas və əvəzedici komandaların oyun və məşq formalarının üzərində yenə də şirkətin loqosu öz əksini tapacaq. Komandaya məxsus təlim-məşq bazası “Türk hava yolları futbol mərkəzi” adını daşıyacaq.
Bundan əlavə, kluba məxsus “Neftçi TV” və sosial şəbəkələrdə, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu yerləşdiriləcək.