- Baxış sayı: 6
- 30 Mart 2026 11:12
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Sabah” premyer liqanın 11-ci turunda səfərdə “Neftçi”yə 3:2 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonarların baş məşqçisi Murad Musayev bunu söyləyib:
“Bu gün parlaq oyun izlədik. Meydanda 90 dəqiqə gərgin mübarizənin şahidi olduq. Lakin hesab 3:0 olduqdan sonra rəqibə fərqi minimuma endirməyə imkan verdik. “Neftçi” kimi rəqibə qarşı oyunda 90 dəqiqə mübarizə aparmalısan.
Hətta 3:0 irəlidə olduqdan sonra belə 4-cü, 5-ci qolu vurmaq üçün mübarizə aparmaq lazımdır. Komandamdan razıyam. Lakin bəzi mənfi məqamlar var ki, bunun üzərində işləməliyik”.