- Baxış sayı: 5
- 27 Noyabr 2024 13:59
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
“Neftçi” klubu “Keşlə”də baş verən son olaylarda adının hallanmasına rəsmi münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:
“Son günlər Kütləvi İnformasiya Vasitələrində klubumuzun ictimai nüfuzuna xələl gətirən və heç bir həqiqətə uyğun olmayan məlumatlar yayılır. Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə “Neftçi”nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymaga məcbur etdi. “Neftçi” həm klub daxilində, həm də azarkeşlərlə münasibətlərdə son illərin ən yaxşı dövrünü yaşayır – əsl komanda olaraq birləşib, bütövləşib vahid məqsəd uğrunda mübarizə aparır. İstər klub rəhbərliyi və baş məşqçi, istərsə də futbolçular arasında birlik yaranıb. Belə bir məqamda klub daxili atmosferi pozmağa və “Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərləri qətiyyətlə pisləyirik.
“Neftçi” klubu rəsmən bəyan edir ki, futbolumuzda çirkin oyunlarla məşğul olan hər bir kəsin layiqli cəzasını almasının tərəfdarıdı və bu yöndə hüquq-mühafizə orqanlarının apardıgı işləri dəstəkləyirik. Bildiririk ki, “Neftçi”nin adını çirkin oyunlarda hallandıranlara qarşı ölkə qanunvericiliyinə uyğun şəkildə hərəkət ediləcək. KİV-dən bu məsələlərdə xüsusən diqqətli olmağı və ölkəmizin ən köklü futbol klubunun adına hörmətlə yanaşmağı xahiş edirik. Dəyərli azarkeşlərimizə isə uğurlarımıza kölgə salmaq istəyən qüvvələrin yaydığı əsassız məlumatlara inanmamağı tövsiyə edirik”.