- Baxış sayı: 5
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 55
- Noyabr 26, 2024
- 0
“Neftçi” klubu bəyanat yayıb. Allsport.az saytı sizi həmin bəyanatla tanış edir:
“Premyer Liqanın 13-cü turunda 27.11.2016-cı il tarixində Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Neftçi” matçında xoşagəlməz hal baş vermişdir. Oyunun ilk hissəsinin əvvəlində “Neftçi”nin rəsmiləri, eləcə də futbolçuları VİP-lojadan kənarlaşdırılmışdır.
Bildiririk ki, “Kəpəz” komandası tərəfindən çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulmuşdur.
2016/17-ci il futbol mövsümündə Premyer Liqa və 1-ci divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan Kuboku uğrunda yarışların əsasnaməsini (“Yarışların yeri” bəndi) rəhbər tutaraq bildiririk ki, meydan sahibi klub aşağıda sadalanan şərtləri təmin etməyə borcludur:
Komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunmuş paltardəyişmə otağı;
Komandaların rəhbərləri və oyunçular üçün yerlər;
Bununla yanaşı, “Neftçi” klubu 24.11.2016-cı il tarixdə “Kəpəz”ə məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəmişdir. “Kəpəz” tərəfindən 25.11.2016-cı il tarixində klubumuza cavab məktubu ünvanlanmış və “Neftçi” üçün SKY BOX və VİP sektorlarda yerlərin ayrılacağı bildirilmişdir (hər iki məktub bəyanata əlavə edilib).
“Neftçi” komandası olaraq gələcək oyunlarda oxşar halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edirik.